Türk komandası güclü "Sevilya" ilə bərabərə qaldı, ancaq... - Çempionlar Liqasında pley-off mərhələsi

img

23-08-2017 [00:43]


Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Mia.az xəbər verir ki, bu turda Azərbaycan azarkeşlərinin böyük maraqla izlədiyi  "Sevilya” ilə Türkiyənin "İstanbul Başakşəhər” klubunun qarşılaşması olub.

İstanbuldakı 1-2 hesabı məğlubiyyətin revanşında hesabı 17-ci dəqiqədə Elia ilə türklər açsa da, ispanlar 52-ci dəqiqədə Eskuderonun qolu ilə hesaba tarazlıq gətiriblər. 75-ci dəqiqədə Ben Yedderin qolu ilə önə çıxan "Sevilya"nın qoluna türklər 83-cü dəqiqədə Viskanın gözəl zərbəsi ilə tarazlıq gətirsələr də, Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq üçün türklərə vacib olan daha bir qolu vurmaq mümkün olmayı - 2:2.

Bu bərabərlik "Sevilya"nın qrup mərhələsinə çıxmasına imkan verib. "İstanbul Başakşəhər” isə Avropa Liqasında mübarizə aparacaq.

Pley-off mərhələsində digər qarşılaşmalar bu nəticə ilə bitib (Qara şriftə verilən komandaar növbəti mərhhələyə adlayıb):

"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 4:3 (İlk oyun - 0:5)

"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:0 (İlk oyun - 1:2)

"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) - 0:1 (İlk oyun - 1:2)

"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) 0:2 (İlk oyun - 0:2)

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR