Şriftin ölçüsü / 1014 dəfə oxunub

Dünya çempionunu əlbəyaxa davada öldürən azərbaycanlı idmançı təslim oldu - VİDEO

22 Avqust 2017 [21:41]

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov polisə təslim olub.

Bu barədə məlumatı Sportfm.az saytına Xabarovskdakı Azərbaycan diasporunun fəallarından Qafur Əliyev verib:

"Hadisə Xabarovsk şəhərinin kafelərindən birində səhər saat 6-da baş verib. Anarla Andrey arasında mübahisə yaranıb və onlar məsələni aydınlaşdırmaq üçün çölə çıxıblar. Bəzi KİV-lərdə yazılıb ki, guya azərbaycanlılar əvvəlcə Draçevi "təkləyiblər”. Belə bir şey olmayıb. Onlar təkbətək döyüşüblər. Anar əlbəyaxa döyüş növləri ilə məşğul olur, özü tikinti sahəsində çalışır. Əslən Sumqayıt şəhərindəndirlər. Qardaşı Natiq Allahverənov buralarda çox hörmət edilən bir şəxsdir. Bildiyimə görə, dünən onu tutublar, ya da Anar özü təslim olub. İndiyədək burada etnik zəmində heç bir problem yaşanmayıb”. 

Qeyd edək ki, faktla bağlı "Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.



SON XƏBƏRLƏR