“Bizim bu köməyə ehtiyacımız yoxdur" - Gürcüstan Rusiyanın yardımından imtina etdi

img

22-08-2017 [19:18]


Rusiya Gürcüstana Borjomi dərəsindəki yanğının söndürülməsi ilə bağlı yardım təklif edib.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.

"Bizim bu köməyə ehtiyacımız yoxdur. Əlimizdə olan bütün qüvvə ilə bu yanğının öhdəsindən gəlirik. Ajiotaj üçün heç bir səbəb yoxdur”, – deyə, o, bildirib.

Qeyd edək ki, Azərbaycan bundan öncə Borjomi dərəsində yanğının söndürülməsi üçün Gürcüstana iki vertolyot göndərib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR