Sinə nahiyəsinə bir yumruq endirdi, adam öldü - Bakıda qətl

img

22-08-2017 [13:13]


Bakıda yumruq zərbəsi ilə adam öldürən şəxs tutulub.

Mia.az DİN-ə istinadən xəbər verir ki, avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R. Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. 

M. Zəkiyevin R. Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M. Zəkiyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR