“Rüfət Aslanlı vəzifədən kənarlaşdırılmalı və fəaliyyəti ciddi yoxlanlmalıdır” – Tələb

img

22-08-2017 [12:03]


Xəbər verildiyi kimi, "Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır. Adıçəkilən şərab şüşəsinin etiketində "Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var. Ən maraqlısı isə etiketdə pilləkənləri qalxan gənc aslanın rəsminin yer aldığı gerbin təsviridir.

Dövlət məmurunun adının bu kimi məsələlərdə hallanması isə cəmiyyətdə birmənalı qarşılanmır. Bu barədə fikirlərini Mia.az-la bölüşən MMP sədri Hafiz Hacıyev burada təəccüblü bir şey olmadığını bildirib. 

Onun sözlərinə görə, ölkənin bank sektorunu çökdürən, maliyyə bazarını bərbad hala salan bir adamdan hər şey gözləmək olar: 

"Mən yenə də deyirəm, hakimiyyətdə nə qədər ermənilərlə qohum olan məmurlar varsa, hamısı bu xalqa zərbə vurur. Dəfələrlə demişəm ki, belə məmurlar dövlətə və dövlət başçısına xəyanətlər edirlər. Bilirsiniz, kimə yüksək vəzifə verirlər, bir az kresloda oturan kimi ürəyindən prezidentlik keçir. Son günlər mediada yazılanlardan da görünür ki, Rüfət Aslanlı adına şərab buraxdırır, özünə 50-60 min manat maaş yazdırır, xarici dövlətlərdə özünə sponsor tapır. 

Belə deyərdim ki, Rüfət Aslanlı Fərhad Əliyevin yolu ilə gedir. Düşünür ki, o da prezident ola bilər. Sizə açıq deyim. Məndə məlumat var ki, Rüfət Aslanlı hakimiyyətin daxilində də müəyyən adamların üzünə qayıdır. Düzdür, onu yerində oturdublar. Amma o yenə də öz əməllərindən geri qalmır. Bilirsiz, Rüfət Aslanlını işdən çıxarmaq olar. Lakin mən hesab edirəm ki, onun bağlı olduğu mərkəzə gedib çıxmaq lazımdır. Mənbəyi tapmayınca xəstəliyə dəqiqi diaqnoz qoyub müalicə eləmək olmaz. Çox təəssüflə deməliyəm ki, bəzi məmurlar xarici kəşfiyyat orqanlarının əlində alətə çevrilib. Onlar bütün istiqamətlərdə ölkəyə zərbə vurmağa çalışırlar”.

Partiya sədri onu da nəzərə çatdırıb ki, R.Aslanlı dəbdəbəli həyat sürür: 

"Bu adam özünə korluq vermir. Bir katibəsi çay gətirir, o biri gilas mürəbbəsi. Yəni, özünə hər şərait qurub. Bunların hamısı faktdır, inkar eləmək olmaz. Düşünürəm ki, əziz qardaşım bu cür kadrlardan təcili qurtulmalıdır. Buna sadə yanaşmaq olmaz. Nə qədər ki, bu cür məmurlardan xilas olmamışıq ölkədə heç bir problem həll olunmayacaq. Amma onu da unutmasınlar ki, ölkə başçısının məmin kimi qardaşı var. Heç vaxt imkan vermərəm ki, ona xəyanət edənlər çox qabağa getsinlər. Rüfət Aslanlı öz adına şərab buraxdırsa da, milyonlar qazansa da, onun niyyətləri gerçəkləşməyəcək. Belə məmurlar çox görmüşük. Amma sonda hamısını yola salmışıq. 

Hesab edirəm ki, Rüfət Aslanlı vəzifədən kənarlaşdırılmalı və fəaliyyəti ciddi yoxlanlmalıdır. Ciddi yoxlama aparılsa, ciddi faktların üzə çıxacağına əminəm. Prezidentin özü də bu barədə yetəri qədər məlumatlıdır. Yəqin ki, ciddi addımların atılması üçün qərar verəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR