Abşeron rayonunda intihar – 26 yaşlı gənc özünü tövlədə asdı

img

22-08-2017 [10:58]


Abşeron rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elxan Fikrət oğlu Burcəliyev özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR