Maşına "Satılır" sözü yazmaq olmaz? - Ekspertdən şərh

img

21-08-2017 [22:16]


Bu gün belə bir məlumat yayılıb ki, avtomobillər üzərində "Satılır" sözü yazanlar nəqliyyat vasitəsində qanunsuz reklam yaymaya görə cərimələnəcəklər. 

Mia.az xəbər verir ki, bu barədə yaşanan ajiotaja ekspert Ərşad Hüseynov şərh verib.

O bildirib ki, DYP-nin açıqladığı kimi, heç də həmişə belə ola bilməz:

""Reklam haqqında" Qanun fərq qoymadan "reklam" ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır. Ona görə də hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmamalıdır. 

Əgər kimsə peşəkar olaraq avtomobil alı.-veriş ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu artıq kommersiya xarakterli reklamdır.

Bununla belə, sürücüləri diqqətli olmağa çağırıram. Çünki DYP bu məsələyə də diqqəti artırmağa başlayıb və artıq rəsmi məlumat da verilib.

Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR