Gürcüstanda xüsusi qərargah yaradılıb - Yanğınla bağlı

img

21-08-2017 [22:08]


Gürcüstanda baş nazir Giorgi Kvirikaşvilinin tapşırığı ilə Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının aradan qaldırılması ilə bağlı xüsusi qərargah yaradılıb.
 
Qərargahda daxili, ətraf mühit, regional inkişaf və infrastruktur nazirlikləri, yerli hökumət və fövqəladə halların idarə olunması agentliyinin nümayəndələri təmsil olunur.
 
Qərargah 24 saat fəaliyyət göstərəcək. G. Kvirikaşvilinin təbii fəlakət zonasına baş çəkəcəyi gözlənilir.
 
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğının söndürülməsinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də helikopteri cəlb olunub.   

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR