Şriftin ölçüsü / 87 dəfə oxunub

Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür etdi

21 Avqust 2017 [19:52]
Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Mia.az apa-ya istinadən xəbər verir ki,, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

"Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, - deyə DİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.


SON XƏBƏRLƏR