Şəkillərini sosial şəbəkədə yaymaqla hədələdi - 3600 manatını aldı, tutuldu

img

21-08-2017 [14:49]


Bakı sakinini şantaj edərək ondan pul alan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR