Şriftin ölçüsü / 104 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev istefa verib

21 Avqust 2017 [14:45]

Bakının "Neftçi" Futbol Klubu baş məşqçisi Elxan Abdullayevlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

İstefa ərizəsi ilə "Neftçi” rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib.

E.Abdullayevin bu addımına səbəb "Neftçi”nin Premyer Liqanın yeni mövsümünə iki məğlubiyyətlə başlamasıdır. Belə ki, paytaxt komandası ilk turda "Qarabağ”a 1:3, iki gün öncə isə debütant "Səbail”ə 0:1 hesabı ilə məğlub olub.

"Neftçi” E.Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, E.Abdullayev ötən ilin sentyabrından "ağ-qaralar"ı çalışdırırdı.



SON XƏBƏRLƏR