Qazaxda 7 yaşlı qızı ilan sancıb

img

21-08-2017 [12:52]


Qazax rayon sakinini ilan sancıb. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Daş Salahlı kənd sakini, 2010-cu il təvəllüdlü Məryəm Əfəndiyeva həyətdə gəzərkən ilan onun ayağından sancıb. Dərhal xəstəxanaya yerləşdirilən 7 yaşlı qıza ilan zəhəri əleyhinə zərdab vurulub. 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR