Sumqayıtda fəhlə məktəbin damından yıxılaraq öldü

img

21-08-2017 [10:51]


Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib.

Hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR