Gömrük əməkdaşları qəzaya düşüb - Ölən və yaralanan var (FOTO)

img

21-08-2017 [10:36]


Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı "Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin -Gəncə şəhər sakini,1995-ci il təvəllüdlüRomanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki,"Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

*** 

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də, Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 09:05-də başa çatıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR