120 kiloqram çəkisi olan dünya çempionunu azərbaycanı idmançı belə döyüb öldürdü - VİDEO

img

20-08-2017 [17:00]


Puerliftinq üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu olan Andrey Draçev qətlə yetirilib.

APA-nın verdiyi məlumata görə, A. Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində ölüb.

Sosial şəbəkələrdə həmin dava-dalaşın görüntüsü yayılıb. "Qazeta.ru” saytı A. Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb. Digər məlumatlara görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. Həmin adlı şəxsin sosial şəbəkələrdə boksla və qaydasız döyüşlə məşğul olduğu əksini tapıb.

Xabarovsk polisi istintaqa adı məlum olan şübhəli şəxslə bağlı axtarış elan edib. Aeroport, vağzal və yollarda da axtarış aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub