Azərbaycan şahmatının “Ağ vəziri” dünya çempionumuz Səmra Qasımova ilə - Müsahibə (FOTOLAR)

img

19-08-2017 [15:05]


Bu gün sizi Füzuli Rayon Uşaq-Gənclər Şahmat İdman Məktəbinin yetirməsi, 9 yaşlı qızlar arasında Şahmat üzrə dünya çempionu, 4 qat Azərbaycan çempionu Səmra Qasımova ilə tanış etmək istəyirik. 

Səmra Qasımova 5 yaşından şahmat oynamağa başlayır. O, çox keçmir ustalığa namizəd adını qazanır. 2016-cı ildə məktəbli şahmatçıların Rusiyanın Soçi şəhərində keçirilən dünya çempionatında 9 yaşlı qız bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxır və dünya çempionu adını qazanır.

Səmranın uğurları bununla da bitmir. O, 2015-ci ildə Yunanıstanda gənc şahmatçıların dünya çempionatında 124 ölkə təmsilçisi arasında 5-ci yeri tutub. Səmra həm də Moskva Open 2016-nın, habelə MDB olkələrinin komanda yarışında 3-cü yerə layiq görülüb. Səmra Qasımova Azərbaycanda keçirilən bir çox beynəlxalq turnirlərdə çempion adını qazanıb. Onun adı FİDE-nin rəsmi saytında yer alır.
Bü günlərdə gənc şahmatçımız BAMF-ın ofisində qonaq oldu. Əldə etdiyi uğurlar və gələcək planlarından danışdı. BAMF prezidenti Umud Mirzəyev Səmra Qasımovaya yeni-yeni uğurlar arzuladı.
O bildirdi ki, Səmra 10 yaşlı qızlar arasında Azərbaycanın 1 nömrəli şahmatçısı olması qürurvericidir. Qarşıdakı illərdə də Səmra Qasımovanın liderliyini qoruyub saxlayacağına ümid etdiyini bildirdi . Səmra isə bildirdi ki, hazırda o şahmat üzrə Avropa çempionatına hazırlaşır.
Xoş qəbula görə minnətdarlığını bildirən, gənc şahmatçı növbəti turnirlərdə Azərbaycanın adını yüksəklərdə tutacağına söz verdi.
Qeyd edək ki, Beynəlxalq reytinqə görə Səmra Qasımova 18 yaşa kimi Azərbaycan şahmatçıları arasında ilk onluqdadır. 14 yaşa kimi şahmatşılar arasında isə ilk üçlükdə qərarlaşıb.
1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Digər xəbərlər
SON XƏBƏRLƏR