İcra hakimiyyətinin nümayəndəsi olan şirkət rəhbərinə etiraz - "Mən haqqımı heç kimə vermərəm"

img

19-08-2017 [13:42]


Masazır kənd sakini Məmmədov Ramil Ziyəddin oğlu redaksiyamıza müraciət edərək Sabunçu rayon icra hakimiyyətinin səlahiyyətli şəxsi, eyni zamanda, «Rahatlığın Məkanı» Tikinti şirkətinin rəhbəri Rəfail Abdullayev tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.

Şikayətçinin müraciətinin olduğu kimi təqdim edirik: «Nərimanov rayon, Təbriz 97 ünvanındakı qarajım qeyri-qanuni olaraq sökülüb. Bu qaraj o zamankı «Metrostroy» tərəfindən 1958-ci ildən verilib. Bütün sənədləri də var. Amma həmin ərazidə yaşayış binası tikən «Rahatlığın Məkanı» şirkəti oradakı qarajları sökür. Bununla bağlı Sabunçu rayon icra hakimiyyətinin tikinti memarlıq şöbəsinin nümayəndəsi, eyni zamanda, sözügedən şirkətin rəhbəri Rəfail Abdullayevlə görüşümüz olub. Ona bildirdim ki, nə iş görürsüzsə, Allah xeyir versin, amma o qaraj mənim ailə-uşağımın dolanışıq yeridir. Onun əvəzinə başqa ərazidə, hətta kənar yerdə bir qaraj alıb verin ki, dolana bilim. Amma o bildirdi ki, bunun əvəzində tikiləcək binanın altında dayanacaq yeri verir. Mən isə razılaşmadım, çünki onun təklif elədiyi adı dayanacaqdır.


Bu məsələylə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birici müavini Şahmar İbadovun qəbulunda oldum. Məsələnin mahiyyətini danışandan sonra mənə dedi ki, qarajını heç kim sökə bilməz. Ancaq iki gün keçməmiş gəlib gördüm ki, qarajımı qanunsuz olaraq söküblər. Etirzamı bildirəndə məni polislə hədələdilər. Mən dedim ki, qanunsuz iş görmürəm, haqqımı tələb edirəm. Amma şirkət rəhbərinin şikayəti ilə məni və yaxın qohumumu 17-ci polis bölməsinə apardılar. Orda da gördülər ki, haqlıyıq, sərbəst buraxdılar.

Bu adamlar elə bilir ki, hədə-qorxu ilə geri çəkiləcəyik. Amma mən haqqımı heç kimə vermərəm. Başa düşmürəm, adamın mülkiyyətini məhkəmə qərarı, mülkiyyət sahibinin razılığı olmadan necə sökürlər? Bu ölkədə qanunlara niyə əməl olunmur? Hörmətli prezidentimiz dəfələrlə bəyan edib ki, hər hansı bir ərazidə söküntü olanda insanlarla razılaşdırın, onun əvəzini verin. Mən bunlardan başqa bir şey istəmirəm. Deyirəm ki, yeganə dolanışıq yeri olan qarajımın əvəzinə başqa yerdə qaraj verin. Amma onlar dərəbəylik edərək, qarajımı qanunsuz söküblər.


Ona görə də buradan hörmətli prezidentimiz İlham Əliyevdən kömək istəyirəm. O, hər zaman haqqı pozulan vətəndaşlarımızın yanında olub. Biz də bütün gücümüzlə onun siyasətini dəstəkləmişik, bundan sonra da onun ətrafında olacağıq. Mən Prezident Qvardiyasında xidmət eləmişəm. Hələ mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin zamanında təlim nümayişi zamasın başımla kərpic sındıranda böyük insan mənə yaxınlaşdı, alnımdan öpdü. Mən hələ də o cür dahi şəxsiyyətin qarşısında olduğum üçün fəxr edirəm. İndi də bütün fəaliyyətimlə İlham Əliyev və onun yürütdüyü siyasətə xidmət etməyə hazıram. Bir daha xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyatı orqanlar ədalətli qərar versinlər».

R.Məmmədov onu da nəzərə çatdırıb ki, artıq məsələylə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, Milli Məclisin sədri Oqtay Əsədova, Daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova şikayət məktubü göndərəcək.





Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub