Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

19-08-2017 [12:14]


Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-50 %  olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.
       
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25°, gündüz  32-37° isti, dağlarda gecə 15-20°, gündüz  23-28° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR