Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır - XƏBƏRDARLIQ

img

19-08-2017 [12:04]


Avqustun 20-də ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Mia.az-a verilən məlumatda bildirilib ki, imtahanların nəticələrinə görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının səkkizinci nömrəsində dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent” jurnalının beşinci nömrəsində yer alıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR