18-08-2017 [15:24]
Tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədəki şəxsi hesabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ünvanına sərt ittihamlarla çıxış edib. Partiya sədrini "Balıq” adlandıran vəkil onun obyektlərindən, iş adamları ilə mal mübadiləsindən və bu kimi digər məsələlərdən söz açıb.
Hafiz Hacıyev Modern.az-a bildirib ki, Aslan İsmayılovu yenidən məhkəməyə verəcək:
"Mən istər Qərbi Azərbaycan, istərsə də Azərbaycanda həmişə ermənilərlə mübarizə aparıb qalib gəlmişəm.
O, Azərbaycanda "SOROS” fondunun təmsilçilərindən biridir. Bu günlərdə övladına toy etdi. Ora gələn paketlərin hamısında soyadlarını dəyişən ermənilərin adları qeyd olunub. Bu hadisələrin hamısı Hafiz Hacıyevə qarşı həmin toyda cızılmış planlardır. Bilmirəm, hüquq-mühafizə orqanları bunun nəyinə dözür?.
Hafiz Hacıyevin övladları dövlət qulluğunda işləyir. Soruşmaq lazımdır ki, Aslan İsmayılovun oğlu harada işləyir?.. Onun oğlu bütün günü Azərbaycana qənim kəsilən ingilislər, digər qüvvələrlə bir yerdədir. Aslan İsmayılov bilməlidir ki, Əli Kərimli, Cəmil Həsənli ilə iştirak etdiyi həmin toyda nə danışıbsa, hamısı bizim əlimizdədir. Mən balıqçılıq üzrə elmlər namizədiyəm və onun kimi deyiləm”.
H. Hacıyev Aslan İsmayılovun "Balıq” ifadəsi haqqında da fikir bildirib:
"Hafiz Hacıyev "Xruşovka”da qalır. Bütün jurnalistləri də dəvət edirəm gəlib baxsınlar. O, qeyd edib ki, mənim qızımın adına ev var. Qətiyyən belə deyil, yalandır. Əgər həmin ev varsa, onun oğluna verirəm.
Bəli, mənim əmim uşaqlarının Göygöldə quşçuluq fabriki var. Fərqi nədir, ya Mürvət, ya Əli ya Vəlidən cücələr alındı?. ..Danışdıqlarının hamısı cəfəngiyyatdır.
Mən "balıq” adı ilə fəxr edirəm. Balıq təmiz sularda üzür. Onun kimi dövlətimə, xalqıma xəyanət etmirəm. Yaxın günlərdə onu məhkəməyə verəcəm. O zaman Hafiz Hacıyevin qalibiyyətinin şahidi olar”.
İş adamı Mürvət Həsənli də Aslan İsmayılovun ona qarşı iddialarına cavab verib.
""Adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Bu gün Aslan İsmayılovun Hafiz Hacıyev haqqında yazdığı hədyanları oxuyanda bu atalar sözü yadıma düşdü” – M. Həsənli bildirib. O əlavə edib:
"Əvvəla, ona görə ki, şəxsən mənimlə məhkəmə çəkişmələrində bircə dəfə olsun, məhkəməyə gəlməyən bu adam Hafiz Hacıyevə qarşı eyni ittihamı irəli sürürdü. Əgər həqiqətən də məhkəmədən yayınmaq hüququn işləməsi üçün bu qədər vacibdirsə, Aslan İsmayılov özü niyə bu addımı atmır? Axı Hafiz Hacıyevdən fərqli olaraq, o, hüquqşünasdır və hüquqa, qanuna birinci növbədə özü hörmət etməli, başqalarına nümunə olmalıdır.
Hüquqşünas kimi Aslan İsmayılov da sözünün ötkəmliyi üçün ilk növbədə hüquqa hörmətini ortaya qoymalı, daha sonra başqalarından da eyni addımı gözləməlidir. Hər halda, onu bu dürüstlüyünə görə, Sokratdan fərqli olaraq, ölüm də gözləmir.
Aslan İsmayılovun adını özgəsinə qoyduğu digər xüsusiyyəti hər kəsi təhqir etdiyi halda, Hafiz Hacıyevi məhz bu ittihamla məhkəməyə verməsidir. Sözsüz ki, öz ləyaqətinə, şərəfinə hörmət edən adam başqasının ünvanına haqsız daş atmamalıdır. Həm də öz qapısı şüşədən olduğu halda. Heç uzağa getməyək, Hafiz Hacıyev haqqında paylaşdığı son statusunda belə, bu adam gül ağzını natəmizliklərdən qoruya bilməmiş, fikrini təhqir və söyüşlərlə ictimaiyyətə çatdırıb. Həmin statusda onun ən tərbiyyəli sözü isə "Balıq Hafiz” kəlməsi olub.
Yəqin razılaşarsınız ki, bir insanı icra etdiyi vəzifəsinə görə aşağılamaq, ilk növbədə, hüquqşünasa yaraşmaz. O başqa söhbətdir ki, Hafiz Hacıyevin keçmişdə daşıdığı vəzifə nəinki aşağılanmağa layiq deyil, əksinə, hər kəsin can atdığı statusdur. Bir ölkənin naziri, konsern rəhbəri olmaq yüzlərlə aslanismayılovların yatsa da yuxusunda belə görə bilməyəcəkləri məziyyətdir.
Vəkillik etmək hüququnu itirmiş bu adamın "Fairmont” restoranında oğluna etdiyi 300 min manatlıq toyun vəsaitinin haradan qazanması daha çox mübahisəyə açıqdır.
Haqqında bəhs etdiyim həmin statusda diqqətimi cəlb edən bir başqa məqam isə, Hafiz Hacıyevin yaratdığı kənd təsərrüfatı müəssisəsi üçün heç bir vergi verməməsiylə bağlı iddiadır. Adını vəkil qoyan Aslan İsmayılov hələ də bilmir ki, kənd təsərrüfatı müəssisələri vergilərdən azad olunub. Bu savadla insanların hüququnu qorumağa iddia edən vəkil zəhmət çəkib qanunlarla maraqlansa, daha xeyirli addım atar. Nə yazıq ki, Aslan İsmayılovun elə bir dərdi yoxdur. Çünki o problemləri hüquqi müstəvidə yox, facebook səhifəsində ona-buna söyüş yağdırmaq və şantajla həll etməyə çalışır.
Statusun həmin hissəsində Aslan İsmayılov mənim bostanıma da daş atmağı unutmayıb. İddia edir ki, guya, mən Aslan İsmayılovu zərərsizləşdirmək üçün Hafiz Hacıyevə bu il mayın 17-də 19 min 100 ədəd cücə hədiyyə etmişəm. Doğrusu, Aslan İsmayılovun özünə bu qədər dəyər verməsi məni xeyli təəccübləndirdi. Ona görə ki, nə mən bu qədər bədxərcəm, nə də Hafiz Hacıyev o qədər "Allahsız”dır ki, Aslan İsmayılovu ifşa etmək üçün 20 min cücə istəyə”.
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə