Prezidentlərin növbəti görüşünə hazırlıq görülür

img

17-08-2017 [22:56]


ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq üzərində işləyirlər.

Mia.az "Trend"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.

O qeyd edib ki, hazırda həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşə hazırlıq üzərində çalışır:

"Bu məqsədlə onlar bu ilin iyulunda Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında Nyu Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı da davam etdiriləcək. Məsləhətləşmələrin yekunu üzrə müvafiq bəyanat veriləcək".

M.Zaxarova əlavə edib: "Öz tərəfimizdən mümkün olan hər şeyi edirik ki, vəziyyət sabitləşsin, nizamlanmanın əldə edilməsinə istiqamətlənmiş danışıqlar prosesinin davam etdirilməsinə şərait yaransın".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR