Birinin başını kəsdilər, o birini isə... - Dəhşətli qətlin təfərrüatı (Yenilənib)

img

17-08-2017 [22:52]


Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub.Modern.azAPA-ya istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.

Məlumata görə ailənin iki övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.Modern.azAPA-ya istinadən xəbər verir ki, öldürülən qadınların ana və qızı olduğu məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.


***

Göygöldə iki qadın qətlə yetirilib.

Hadisə rayonun Qızılca kəndi ərazisində baş verib. Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR