Rəsmi Ankaradan Almaniyaya nota: "Onu dərhal həbs edib, təhvil verin"

img

16-08-2017 [14:10]


Türkiyə Xarici İşlər Nazirliyi Almaniyaya nota verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, notaya səbəb 2015-ci ilin iyul ayından axtarışda olan FETÖ üzvü Adil Öksüzün Almaniyada görülməsi ilə bağlıdır.

Türkiyə XİN rəsmi Berlindən Adil Öksüzlə bağlı xəbərlərin operativ araşdırılmasını, məlumatın dəqiq olduğu halda isə onun dərhal həbs edilərək Türkiyiyə təhvil verilməsini tələb edib.

Almaniya Xarici İşlər Nazirliyi isə notaya cavab olaraq bildirib ki, sözügedən şəxsin burada olması haqda əllərində məlumat yoxdur. Lakin notada qoyulan tələblər üzrə araşdırılma aparılacaq.

Qeyd edək ki, 15 iyul çevriliş cəhdindən sonra FETÖ-nun "hava qüvvələri üzrə imamı" adlandırılan önəmli siması Adil Öksüzün axtarışı davam edir. Türkiyə və Almaniya mətbuatında yazılanlara görə, o, hansısa yolla ölkədən qaçaraq, Almaniyaya sığınıb. Son günlər onu Almaniyanın bir neçə şəhərində görənlər olub. İddialara görə, Adil Öksüz Türkiyə kəşfiyyatının diqqətindən yayınmaq üçün yaşadığı şəhərləri tez-tez dəyişir.

Məlumatda o da bildirilir ki, 15 iyul hadisələrindən bu günədək 4 mindən çox FETÖ üzvü Almaniyaya sığınıb. Onlar rəsmi Berlindən siyası sığınacaq istəyiblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR