İlham Əliyev bu konfransın iştirakçılarına məktub göndərdi

img

15-08-2017 [16:36]


Azərbaycan Prezidenti İlham Əliyev 41-ci Dünya Skaut Konfransının iştirakçılarına təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, dövlət başçısının məktubunu gənclər və idman naziri Azad Rəhimov oxuyub.

Məktubda deyilir:

"Dəyərli konfrans iştirakçıları! Biz dünya ictimaiyyətinin ən çoxsaylı və nüfuzlu təşkilatının nümayəndələrini salamlayıram. Əminəm ki, bu konfrans bir neçə məsələ ilə yadda qalacaq. Tarixdə ilk dəfədir ki, bu tədbir Avrasiya regionunda keçirilir. İştirakçıların və təmsil olunan ölkələrin sayına görə, bu skautlar hərəkatının tarixində ən böyük konfransdır. Bakıya 161 ölkədən qonaqlar təşrif buyurublar.

Azərbaycan Skautlar Assosiasiyası cəmi 15 ildir ki, Dünya Skautlar Komitəsinin üzvü seçilib və budur, biz artıq bu tədbirə ev sahibliyi edirik. Bu hadisə Azərbaycanda skautlar hərəkatının dinamik inkişafını özündə əks etdirir. Bizim ictimaiyyət skautinqin bir sıra ideyalarını təbii şəkildə qəbul edib. Bura aktiv vətəndaşlıq, vətənə sevgi, ictimaiyyətin inkişafı üçün qoyulan töhfə aiddir. Çünki onlar bizim əsrlər boyu qoruduğumuz dəyərlərlə üst-üstə düşür. Ölkəmiz etibarlı tərəfdaş kimi, bütün beynəlxalq əməkdaşlıqlara açıqdır. Azərbaycan 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, 2014-cü ildə Gənc Siyasətçilərin Birinci Beynəlxalq Forumu, 2015-ci ildə İlk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi və Formula-1 kimi mötəbər yarışlara ev sahibliyi edib. Bütün bunlar göstərir ki, Azərbaycan multikulturizm dəyərlərinin inkişaf etdiyi bir ölkədir.

Hazırda 40 milyondan çox insanı özündə birləşdirən təşkilatınızın konfransda iştirak edən bütün nümayəndələrinə nailiyyətlər arzulayıram, gələcəkdə daha da populyarlaşmasına töhfə verəcək, uğur gətirəcək qərarların qəbul olunmasını arzu edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR