Şriftin ölçüsü / 124 dəfə oxunub

Ağır qəza törədən daha bir sürücü saxlanıldı - Polis və prokurorluq təfərrüatı yaydı

11 Avqust 2017 [12:37]
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun daha bir nəqliyyat hadisəsi haqda məlumat yayıb.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi "Kia Cadenza” markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi "BMW” markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanmış, A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, F.Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib:

"Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev avqustun 9-da tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.

N.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


SON XƏBƏRLƏR