Şriftin ölçüsü / 353 dəfə oxunub

Məşhur çoban toylarda oxumağa başladı - VİDEO

11 Avqust 2017 [11:47]
Bir müddət öncə maraqlı ifalarıyla məşhurlaşan əslən Neftçaladan olan çoban Pərvin Səfərov toylara dəvət almağa başlayıb.

"Ölkə.Az"ın məlumatına görə, Səfərov sosial şəbəkədə iştirak etdiyi məclislərdən videosunu paylaşıb.

Paylaşımlarda diqqəti çəkən məqamlardan biri odur ki, Səfərov el şənliklərində paylaşdığı ilk videolardan fərqli olaraq daha çox ara mahnılarına üstünlük verir.
Müqayisə üçün qeyd edək ki, çoban ilk videolarında Rəşid Behbudov, Şövkət Ələkbərova kimi əfsanəvi sənətkarların repertuarına müraciət edirdi.



SON XƏBƏRLƏR