10-08-2017 [10:31]
Ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkil edilib keçirilməsi davam edir.
Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər. Nərd yarışı Asif Məhərrəmov küçəsində yeni salınmış parkda təşkil edilmişdir.
Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış, aparılmış yenidənqurma işlərindən sonrabu istirahət parkı 10 may 2017-ci il tarixdə sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün parkda yeni skamyalar qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri- qocaman veteranlar da diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır.
Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış parkda Nəsimi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Əziz Həsənov Nərd yarışının iştirakçılarını oyunun Əsasnaməsi ilə tanış etmiş və yarışa start vermişdir.
Veteranların iştirak etdiyi 2 saat davam edən yarışda Nadir Kərimov I, Mahir Əlihüseynov II, Vaqif Atakişiyev III yerlərə, İnşallah Babayev, İsrail İbrahimov və Frunze Şumalov isə fərqlənməyə layiq görülmüşlər. Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla mükafatlandırılmışlar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"