Yol Polisi bu sürücülərə xəbərdarlıq etdi

img

09-08-2017 [16:28]


Son zamanlar tez-tez sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da sürücülər sükan arxasında olarkən canlı yayım edirlər. Bu, bəzi hallarda yol qəzalarına səbəb olur. Hətta yol qəzası baş verməsə belə, avtomobil hərəkət edərkən telefondan istifadə inzibati məsuliyyət yaradır.

Mia.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın (BŞBPİDYPİ) bölmə rəisi polis polkovniki Vaqif Əsədov "Report”a açıqlamasında bildirib ki, bu məsələdə vətəndaşların cərimələnməsindən daha çox bu işin qarşısını almaq üçün düzgün təbliğata üstünlük vermək lazımdır.

O xatırladıb ki, "Yol hərəkəti haqqında” qanuna görə, sükan arxasında hərəkət zamanı əldə mobil telefon saxlamaq və ondan istifadə etmək inzibati xəta tərkibi yaradır: "Həmçinin, hərəkət zamanı diqqəti yayındıra biləcək söhbətlərin edilməsi təhlükəli olmaqla yanaşı, inzibati xəta tərkibi yaradır. Sərnişinlər də diqqəti yayındıra biləcək söhbətlərlə sürücünün başını qatmamalıdır. Bundan başqa, əllərin sükandan çəkilərək avtomobilin idarə edilməsi də inzibati xəta tərkibi yaradır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR