Novxanı yolunda dəhşətli qəza - İki azyaşlı uşaq öldü, yaralılar var

img

09-08-2017 [00:40]


Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.

Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə həlak olub.

1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər.
"Report"

Digər xəbərlər
SON XƏBƏRLƏR