Nazirlik evsiz sakinlər üçün çadırlar qurdu

img

06-08-2017 [23:10]


Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunları Sumqayıtda yataqxananın yanması nəticəsində evsiz qalmış sakinlər üçün çadır quraşdırır.

Bu barədə Mia.az-a FHN-nin mətbuat ximdətindən məlumat verilib ki, sakinlər üçün 30 çadır quraşdırılıb.

Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.

Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR