Universitetin yataqxanasında yanğın - 10 nəfər tüstüdən zəhərlənib

img

05-08-2017 [22:48]


Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlərin məskunlaşdığı yataqxanasında baş verən yanğın artıq söndürülüb. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə yerinə dərhal   cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə briqadası sakinləri binadan təxliyə ediblər.
 
Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.  
 
Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.  8 ailə yerli sakinlərdir.
 
Hazırda yanğının söndürüldüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR