Nəsimi icra hakimiyyəti şagirdləri yay düşərgəsinə apardı

img

01-08-2017 [16:44]


Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün "Gənc İlhamçılar” yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilib.

Nəsimi İH-dən Mia.az-a daxil olan xəbərə görə, düşərgədə məktəblilərin istirahəti üçün maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilib. Nəsimi rayonunun "Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olublar. Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilib.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva aparılan ekskursiyalar və gəzintilərin, keçirilən intellektual yarışların düşərgə uşaqlarının dünyagörüşünün, Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etdiyini bildirib.




Digər xəbərlər
SON XƏBƏRLƏR