Azərbaycan snayperləri “Snayper həddi” müsabiqəsində iştirak edəcək

img

31-07-2017 [12:48]


"Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.  
 
Qeyd olunub ki, yarışlarda 17 ölkənin komandası iştirak edir. Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR