Göyçayda 42 yaşlı kişi özünü öldürdü - Prokurorluq səbəbi araşdırır

img

30-07-2017 [14:28]


Göyçay rayonunda intihar hadisəsi baş verib.
 
Hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb.
 
Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub