Azərbaycanda bəyi toy günü əqrəb sancdı

img

28-07-2017 [15:27]


Şirvan şəhər sakinini əqrəb sancıb. 

Mia.az APA-ya istinadən xəbər verir ki,hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E.Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb. Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR