Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

27-07-2017 [12:43]


Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-qərb küləyi  gündüz mülayim cənub  küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə  22-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  35-37° isti olacağı gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah atmosfer  təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %,  gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
    
Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR