Azərbaycanda broyler fabrikində partlayış - Ölən və yaralananlar var(Adlar)

img

27-07-2017 [11:51]


Lerik rayonunda broyler fabrikində partlayış olub.

Hadisə Piran kəndi ərazisində qeydə alınıb.Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Kəndin icra nümayəndəsinin rəhbəri Rizvan Əsədov unikal.org-a bildirib ki, hadisə qaz balonun partlaması nəticəsində baş verib: "Partlayış nəticəsində güclü yanğın olmasada, təəssüflər olsun ki, ölən və yaralananlarımız olub"(APA).

RƏsədov partlayış nəticəsində 1 nəfərin öldüyünü və iki nəfərin yaralandığını bildirib.

R.Əsədov ölən və yaralananların adlarını açıqlayıb: "Dünyasın dəyişən şəxs kənd sakini Məmmədov Valeh Oruc oğludur.Yaralılar isə Əliyev Mehman Ağamir oğlu və Aslanov Akif Oruc oğludur. Hazırda hər iki yaralı Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR