"Hələ ki, prezident mənə etimad göstərir..." - ABŞ dövlət katibindən istefa xəbərinə şərh

img

27-07-2017 [00:51]


ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən getməyəcəyini bəyan edib.

Bu barədə dövlət katibi Qətərin XİN rəhbəri ilə görüşündən əvvəl deyib.

"Mənim Dövlət Departamentindən getmək niyyətim yoxdur. Hələ ki, prezident mənə etimad göstərir, vəzifəmdə qalacam”, - deyə R.Tillerson qeyd edib.

O, prezident D.Trampla yaxşı münasibətdə olduğunu da vurğulayıb.

Qeyd edək ki, iki gün əvvəl bir sıra ABŞ KİV-lərində R.Tillersonun ilin sonunadək istefa verəcəyi barədə məlumat yayılıb. Məlumata əsasən, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR