ABŞ-dan Çinə rəsmi təhdid, Rusiyaya mesaj - Dünya gücləri arasında gərginlik şiddətlənir

img

26-07-2017 [21:49]


ABŞ yeni Şimali Koreya sanksiyaları ilə Çin şirkətlərini də hədəfə ala bilər. Hətta bəzi diplomatlar BMT-də Pekinlə yeni beynəlxalq razılaşma əldə etmək üçün danışıqlar aparırlar.

ABŞ Senatının Xarici İşlər üzrə komissarı Susan Tornton bildirib ki, "Çin indi çox yaxşı bilir ki, biz lazım gələrsə, Çin şirkətlərini hədəf ala bilərik”.

Tornton bu barədə Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyaları qəbul etdikdən sonra danışıb. Onun söylədiklərindən məlum olur ki, Tramp administrasiyası Şimali Koreya məsələsi ilə məşğul olarkən Çinlə də balansı qorumağa çalışır. Çin həm Şimali Koreyanın müttəfiqi, həm də Şimali Koreyanın ticarət və ixracatını məhdudlaşdırmağı hədəfləyən sanksiyaların əsas potensial hədəfidir.

Qeyd edək ki, bu ay Şimali Koreya qitələrarası ballistik raketı sınaqdan keçirtdiyini iddia etdi. ABŞ Çinlə Şimali Koreyaya təzyiq göstərməsi üçün danışıqlar apardığı əsnada, Pxenyan bir neçə dəfə sınaq keçirtdi.

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, qlobal təhlükəni dəf etmək üçün qlobal hərəkətlənmə lazımdır. Çin həm Şimali Koreyanın müttəfiqi, həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu qlobal hərəkətdə ən əsas oyunçulardan biridir. Lakin Pekinin istənilən hərəkətdə olmaması ABŞ-la Çin arasındakı münasibətləri sərinləşdirdi. Keçən ay prezident Tramp da bu barədə tvitter hesabından Çinə təşəkkür etdiyini, lakin işə yaramadığını yazmışdı.

Vaşinqton həm də Şimali Koreya ilə maliyyə əlaqələri olan Çin bankına qarşı da yeni sanksiyalar tətbiq etdi.

"Biz ABŞ-ı dərhal bu yanlış hərəkətindən əl çəkməyə çağırırıq, yoxsa bu ortaq məsələlərlə bağlı ikitərəfli əməkdaşlığa təsir edər” – Çinin xarici işlər naziri Lu Kanq zamanında xəbərdarlıq etmişdi.

ABŞ-nin BMT-dəki səfiri Nikki Haley dünən jurnalistlərə bildirib ki, Çinlə Şimali Koreya məsələsi ilə bağlı irəliləyiş əldə edilib, danışıqlar aparılır.

"Ən əsas sınaq odur ki, Çin-Rusiya əlaqəsi nə nəticə verəcək” – deyə, səfir bildirib.

Qlobal siyasət üçün Karnec Sinqua Mərkəzinin analitiki Tonq Zhaonun fikrincə, hər nə qədər Çin yeni sanksiyaları dəstəkləsə də, bir o qədər də iki ölkə arasındakı qarışıqlıq qalmaqdadır.

"ABŞ strateqiyasının Çin üçün o vaxt bir anlamı olar ki, ABŞ əsaslı iqtisadi embarqo vasitəsilə Şimali Koreya rejiminin stabilliyini təhdid etsin” – analitik deyib.

Analitikin fikrinə görə, bu yanaşma Çinin ən böyük qayğısıdır. Lakin digər tərəfdən ABŞ rəsmiləri dönə-dənə təkrarlayırlar ki, onlar rejimə təhlükə yaratmaq istəmirlər.

Yeni sanksiyaların isə bir təsirinin olacağı düşünülmür.

"Əgər Kim və rejimi kəmərsıxma əməliyyatı aparsalar, onların kəsə biləcəyi ən sonuncu şey nüvə və ballistik raket proqramları olacaq” – Seulun Yonsey Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Con Deluri şərh edib.

"Hətta Şimali Koreya rejimi xalqının hər nə qədər ehtiyacı olsa belə, iqtisadi güzəştlər naminə nüvə proqramından vaz keçməz”, - deyə analitiklər eyni fikri bölüşürlər.

Tornton bildirir ki, bu gedişat hərb yoluna aparır. Belə ki, keçən həftə FTB direktoru Mayk Pompeo da Pxenyan rejiminin dəyişdirilməsinə tərəfdar olduğunu bildirib/musavat.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR