26-07-2017 [19:54]
Şəmkir rayonunun məşhur Şiştəpə qəsəbəsində 4 gün, 4 gecə davam etmiş dəbdəbəli toy mərasimi günlərdir sosial şəbəkələrin və bəzi saytların müzakirə mövzusudur. Virtualaz.org xatırladır ki, bu toyda qonaqları Türkiyənin məşhur müğənnisiKibariyə də daxil olmaqla, bəzi tanınmışlar, o cümlədən, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur "Kabriol” qrupu və başqaları əyləndirib.
Toyun sahibi əvvəlcə naməlum idi, ancaq daha sonra açıqlandı ki, bu şəxs şiştəpəli iş adamı Qulu Vəliyevdir.Əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arifin aparıcılıq etdiyi toy zəngin iş adamının Şiştəpədə yerləşən malikanəsində baş tutub. Vəfa Zeynalova özünün İnstagram səhifəsində toyun keçirildiyi malikanənin foto və videogörüntülərini də yayıb.
Şiştəpə kəndi Rusiyada bizneslə məşğul olan və qazandıqları pullara bu kənddə dəbdəbəli imarətlər tikdirən sakinlərinə görə hətta MDB-də məşhurdur. O cümlədən bu kəndin sakinlərinin adı vaxtaşırı olaraq Rusiyada azərbaycanlılar arasında baş vermiş atışmalarda, "razborkalarda” hallanır.
Bəs indi dillər əzbəri olan bu 4 gün, 4 gecəlik toyu edən Qulu Vəliyev kimdir, nə işlə məşğul olur? Bu toy barədə əlavə məlumatlar əldə etmək üçün Şiştəpə kəndinin bələdiyyə sədri Novruz Hüseynovla əlaqə saxladıq. Məlum oldu ki, bələdiyyə sədri özü də toyda iştirak edib, çünki toyun sahibi onun qohumudur.
Bələdiyyə sədri toyun mediada bu cür ajiotaja səbəb olmasından təəcübləndiyini gizlətmir: "Toydur da, burada nə var ki? Əlbətdə, mən özüm də iştirak eləmişəm, dayıoğlumun toyudur. Qulu Vəliyev biznesmendir, Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz aklveri edir”.
Bəs toyda məmurlar-filan, digər tanınmışlar da olubmu? Bələdiyyə sədri deyir ki, toyda heç bir yüksək vəzifəli qonaq olmayıb, çünki bu, Şiştəpə kəndi üçün "adi toy” sayılır.
"Adi toydur da, burada dövlət adamları nə gəzir? Qonaqların hamısı öz kəndçilərimiz idi.Dəbdəbə deyəndə, bu toyda əslində dəbdəbəli heç nə olmayıb. Bizim kəndimizdə hamı belə toy edir. Yazıblar ki, Brilyant gəlib. Brilyant bəyəm birinci dəfədir ki, bizim kəndimizə toya gəlir?Əli boş durmayan uşaqlardır da, yazıblar. 3 gün qabaq da Gülyaz-Gülyanaq bacıları Şiştəpəyə toya gəlmişdi. Kəndimizdə azı həftədə iki dəfə bu cür toy olur”-bələdiyyə sədri bildirdi.
Biz də toy sahiblərinə bələdiyyə sədri vasitəsilə gözaydınlığımızı çatdırdıq. Doğrudan da varlığa nə darlıq?
Q. Vəliyev Rusiyada tanınan azərbaycanlı iş adamlarından biridir, məşhur "Sofiysk” topdansatış meyvə-tərəvəz bazasında fəaliyyət göstərir. Həmin topdansatış bazası azərbaycanlıların nəzarətindədir, adı tez-tez kriminal "razborka”larda hallanır…
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"