25-07-2017 [15:30]
Ədalət Partiyasının sədri, keçmiş respublika prokuroru və ədliyyə naziri, Milli Məclisin sabiq deputatı, hüquq elmləri doktoru İlyas İsmayılovla bu dəfəki söhbətimiz inhisarçılıq, korrupsiya və rüşvətxorluq, hökumətin bu bəlalara qarşı mübarizəsinin yetərli olub-olmaması barədədir. Onun Strateq.az-a müsahibəsini oxuculara təqdim edirik:
– İlyas müəllim, Siz son müsahibələrinizin birində insanın Konstitusiyada təsbit olunmuş sağlamlığın qorunması və tibbi yardım almaq hüququnun həyata keçirilməsi, əslində isə həyata keçirilməməsi məsələlərinə toxunub, bu sahədə baş verən eybəcərlikləri göstəribsiniz. Yeri gəlmişkən, müsahibə ictimaiyyət tərəfindən də çox gözəl qarşılanıb. Sizin fikrinizcə, fərdi və ictimai həyatımızı, sözün həqiqi mənasında, məhv edən bu problemlər hardan qaynaqlanır? Ümumiyyətlə, bizi bir dövlət kimi zəiflədən, geri salan əsas hansı problemlərdir?
– Belə problemlər çoxdur, ancaq bunların içərisində erməni qəsbkarlarından heç də az təhlükəli olmayan, çox təəssüf ki, ictimai həyatımızın bütün sahələrinə sirayət etmiş, ağacı qurd yeyən kimi bizi içəridən məhv edən əsas bəla rüşvətxorluq və korrupsiyadır. Mahiyyəti dövlət aparatı ilə cinayətkar maraqların çuğlaşmasından ibarət olan korrupsiya (məsələn, MTN-i cinayət yuvasına çevirən EldarMahmudovun və dəstə üzvlərinin fəaliyyəti) qanunların aliliyini nüfuzdan salır, ölkənin maddi imkanlarını tükəndirir, dövlət institutlarına, vəzifəli şəxslərə inamı sarsıdır. Çox təəssüf ki, bu cinayətin miqyası günü-gündən genişlənir, işgüzar fəaliyyətin dərinliklərinə işləyir. Bu bəla ilə aparılan mübarizə, yumşaq desəm, kosmetik xarakter daşıyır. Baxmayaraq ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların hesabatlarında korrupsiyanın miqyasına görə lider sayılır…
– Sizcə, bu bəlaya qarşı mübarizə aparmaq üçün hökumət ilk növbədə hansı addımları atmalıdır?
– Əlbəttə, korrupsiya ilə effektli mübarizə üçün ilk növbədə beynəlxalq təcrübənin və sağlam düşüncənin tələb etdiyi kimi, milli qanunvericilik bazasının yaradılması lazımdır. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik baza hələ də yaradılmayıb…
– Ancaq hökumət rəsmiləri deyir ki, korrupsiyaya qarşı mübarizənin təşkili üçün həm lazımi milli qanunvericilik bazası mövcuddur, həm də praktik addımlar atılır…
– ABŞ-ın qurucularından olan Bencamin Franklinin belə bir yaxşı fikri var: "Gözəl sözlər insanın zəkasını göstərə bilər, ancaq onun məqsədini açan əməlləridir"… İndi hökumətdən kimsə təbliğat məqsədiylə nəsə deyə, hətta görüntü yaratmaq üçün hansısa addımlar da ata bilər, ancaq hökumətin əməllərinə peşəkar baxış budur ki, Azərbaycanda korrupsiyaya qarşı nəinki ciddi mübarizə aparılmır, əksinə o, məhz "yuxarılar"ın istəyi və iştirakı ilə daha da çiçəkləndirilir. Fikrimi əsaslandırım:
Birincisi, korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə – təsəvvür edin, 12 il bundan qabaq, – qanun da qəbul olunub, ancaq məlum olmayan hansı səbəblərdənsə indiyə qədər bu qanun tətbiq edilmir. Deməli, ölü qanundur. Bu, dözülməz haldır. Korrupsionerlərin maraqlarına qulluq edən bu vəziyyətə görə kim və yaxud kimlər məsuliyyət daşıyır?
İkincisi, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya tələb edir. Bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. O, belə adlanır: "Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”.
Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Əfsus ki, buna dair müvafiq hüquqi baza yoxdur, ancaq onu yaratmaq lazımdır. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarındayerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.
Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir.Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün Milli Məclisə, korrupsiya ilə ciddi mübarizə aparan ölkələrdə olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə verən mövqe nümayiş etdirdi.
Dördüncüsü, bu gün sosial-iqtisadi durumumuzun ikinci böyük bəlası olan inhisarçılıqdan çox danışılır.Qüvvədə olan qanunvericilik inhisarların parçalanması, yaxud onların inhisarçı rolunun bazara mənfi təsirlərinin azaldılması ilə bağlı zəruri prosedurların tətbiqini nəzərdə tutur. Amma heç bu köhnə qanun da hamının tanıdığı inhisarçı şirkətlərə tətbiq edilmir. Qanunvericiliyə uyğun olaraq inhisarçıların reyestri tərtib olunub rəsmi qaydada ictimaiyyətə açıqlanmır. Ona görə də sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə, deməli, 11 il əvvəl, keçmiş Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilməyib, burada marağı olan kimlərdir? Hansı qanun və qaydaya görə qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, kimlərinsə göstərişləriylə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur.
Xatırlatmaq yerinə düşər ki, II Dünya müharibəsindən sonra bədbəxt hala salınmış Almaniyanın iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın keçmiş dövlət katibi və Müdafiə naziri Marşalın planında nəzərdə tutulan tədbirlər içərisində inhisarçılığın ləğvi birinci yerdə dururdu. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq insanın hüquq və azadlıqlarını pozur, onların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, qiymətlərin qalxmasına səbəb olur, beləliklə də, insanların maddi rifah halını pisləşdirir, cəmiyyətdə gərginlik yaradır. Var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır.
– İlyas müəllim, özünüzdə vurğuladınız ki, ölkə qanunlarla yox, göstərişlərlə idarə olunur. Bu halda, yeni qanunların qəbul edilməsinin nə faydası olacaq ki?
– Təəssüf ki, üzərində dayandığınız problem Azərbaycanın ən böyük bəlalarındadır. Qanunların işləməməsi, qanunsuzluğun baş alıb getməsi, istər-istəməz, cəmiyyətimizi ağır nəticələrə aparır.
Həyat Karl Marksın vaxtilə söylədiyi bir fikri artıq çoxdan sübut etmişdir ki, insanın, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görməyəndə, ikincisi, cəza görüb cinayət görməyəndə. Xalqımız, təəssüf ki, hər iki halı yaşayıb və yaşamaqdadır. Milli Təhlükəsizlik Nazirliyinin funksiyasını dəyişdirərək, cinayət maraqlarına qulluq etdirən Eldar Mahmudovun cinayət məsuliyyətinə cəlb edilməməsi buna əyani sübutdur və cəmiyyətdə də birmənalı mənfi qarşılanır. Bəziləri rüşvət və korrupsiya yoluyla böyük sərvətə sahib olub harınlıq və həyasızlıq nümayiş etdirir, əksəriyyət isə bunların ədalətsizliyi və amansızlığı ucbatından ehtiyac içərisində çabalayır.
Əlbəttə, rüşvətxorluq və korrupsiya ilə mübarizə ancaq və ancaq hakimiyyət pilləkəninin ən yuxarılarında olanların istək və əməllərindən əhəmiyyətli dərəcədə asılıdır. Məhz dövlət qurumlarının rəhbərləri korrupsiya ilə mübarizədə örnək olmalıdırlar. Çünki korrupsiya ilə mübarizə, ilk növbədə, dövlət funksiyalarını həyata keçirən şəxslərin öz vəzifələrindən qulluq mövqelərilə əlaqədar olan imkanlarından qeyri-qanuni olaraq maddi və digər nemətlərin, imtiyazların əldə edilməsi üçün, habelə fiziki və hüquqi şəxslər tərəfindən bu nemətlərin, imtiyazların onlara qeyri-qanuni verilməsi cəhdlərini qadağan etmək deməkdir. Korrupsiya ilə mübarizə dövlət işlərində, hakimiyyət münasibətlərində, vəzifə əlaqələrində, kadrların seçilməsində ailəçiliyə, qohumbazlığa, yerliçiliyə yol verilməməsini, dövlət qulluqçularının, bayaq da qeyd etdiyim kimi, gəlirləri üzərində ciddi nəzarətin olmasını tələb edir. Habelə büdcənin xərclənməsi barədə xalqa axırıncı manata qədər hesabat verilməlidir. Xalq bilməlidir ki, kimlər ona rəhbərlik edir: vicdanlı, təmiz, vətənini və xalqını sevən şəxsiyyətlər, yoxsa açıqdan-açığa, həyasızcasına öz cibini dolduran yaramazlar?!
Müstəqil Azərbaycan dövləti halallıqdan, xeyirxahlıqdan mayalanmalıdır. Müstəqillikdən şər qüvvələr, natəmiz yaramazlar faydalanarsa, onda xalqın müstəqilliyə inamı itər, deməli, gələcəyimiz məhv olar.
Sizə keçmişdə baş versə də, xarakterik bir faktı xatırladım: "Azadlıq” radiosundan verilən və bizim qəzetlərdə dərc olunan xəbərə görə, 1998-ci ildə Azərbaycandan 76 nəfər İngiltərədə qiyməti 990 minlə 33 milyon arasında dəyişilən mülklər alıblar. Bu pullar hansı mənbələrdən əldə edilib? Xaricə necə çıxarılıb? Çox təəssüf, "Azadlıq” radiosundan xalqa çatdırılan, ictimaiyyəti narahat edən bu məlumata rəsmi dairələrdən heç bir reaksiya olmadı. Onda mən bir partiya sədri, vətəndaş olaraq Respublikanın Baş Prokurorluğuna, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlərinə məktub göndərərək, bu qədər ağlasığmaz qiymətlərə İngiltərədə mülk alan şəxslərin kimliyinin, bu pulların mənbəyinin, verilən vergilərin məbləğinin aydınlaşdırılmasını və xalqa məlumat verilməsini xahiş etdim. Bu günə qədər həmin məktub cavabsız qalıb. İctimai fikrə söykənməyən rejimdən, görünür, başqa şey də gözləməyə dəyməz…
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"