Ermənilərdən növbəti təxribat: Düşmən döyüş PUA-dan istifadə etdi, hərbçimiz yaralandı

img

25-07-2017 [15:23]


Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür", deyə, məlumatda bildirilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR