"Kimsə mənim peşəkarlığıma şübhə edə bilməz" - İlham Quliyev

img

23-07-2017 [10:50]


"Lap ağını çıxardılar ha. Baxıram kimliyi, şəxsiyyəti, miliyyəti məlum olmayan, gedib xaricdə oturub burda hər şeyi qara görən biriləri mənim evim ola – ola guya böyük cinayətə yol verib jurnalistlər üçün tikilən binadan ev aldığımı iddia edib. Məni tanıyan tanıyır, tanımayanlar da bilsin ki, ağlamağı xoşlamıram. Jurnalistlər üçün tikilən binadakı mənzillərin verilməsi ilə bağlı 3 əsas kriteriya müəyyənləşib”.

Mia.az xəbər verir ki, bu sözləri  "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev "feysbuk"da yazıb. 

Onun sözlərinə görə, jurnalistlərə yeni mənzillər bəlli kriteriyalar əsasında verilib

"Bi kriteriyalar da bunlardır: Birinci xidmət, ikinci peşəkarlıq, üçüncü ehtiyac.

Mən 20 ildən artıqdır dövlətimə və jurnalistikamıza xidmət etmək dəyəm. Bu müddət ərzində əmək fəaliyyətimdə bir gün də olsun fasilə verməmişəm. Təvazökarlıqdan uzaq olsa da, kimsə mənim peşəkarlığıma da şübhə edə bilməz. Bu sahədə müxbirlikdən başlayıb baş redaktorluğa qədər gəlib çıxmışam. Ən əsası, mənzil şəraitimin də yaxşılaşdırılmasına ehtiyacım var.

Ağlaşma qurmadan bunu deyim ki, komissiyaya da məhz bu məqsədlə müraciət etmişəm. Bir sözlə, kimsənin mənim ev almağıma etirazı varsa, yanılır. Gedib xaricdə kimlərinsə qucağında oturanların mənim adımla bağlı şou düzəltməyə mənəvi haqqı yoxdur. Verilən ev mənim halal haqqımdır!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR