"Qüds öz yerində, ancaq onlara daima Qarabağı da xatırlatmaq lazımdır..." - Politoloq

img

23-07-2017 [14:44]


"Azərbaycanın İsraillə strateji münasibətləri mövcuddur. Biz bu ölkədən vacib olan modern silahlar alırıq, Ceyhan limanı üzərindən neft satırıq, üstəlik bu ölkənin TANAP layihəsinə qoşulması istəyi də bizim regional maraqlara cavab verir.

Bu sözləri politoloq Elxan Şahinoğlu Bakıda keçirilən konfransda qəbul edilmiş Qüdslə bağlı İsraili pisləyən qətnaməni şərh edərkən bildirib

Onun sözlərinə görə, Azərbaycan İsraillə aralarındakı belə münasibətlərə baxmayaraq Bakıda Qüds problemi ilə bağlı beynəlxalq konfransa da ev sahibliyi edirik ki, gələn qonaqların tamamı İsrailin siyasətini sərt tənqid edir:

"Azərbaycan üçün hər ikisi vacibdir, həm İsraillə sıx münasibətlərə davam etməliyik, həm də Fələstin probleminin həllində İslam aləminin yanında olmalıyıq. Sadəcə, onu da unutmayaq ki, Qüdsün işğalını əlində bayraq edən İslam aləminin bir qrup dövləti Qarabağın işğalına tolerant yanaşaraq Ermənistanla sıx münasibətlərə malikdirlər. Qüds öz yerində, ancaq onlara daima Qarabağı da xatırlatmaq lazımdır, yoxsa İsraildən niyə silah alırdıq ki?".


Digər xəbərlər
SON XƏBƏRLƏR