Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

23-07-2017 [13:21]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 24-də yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb  küləyi əsəcək. Havanın temperaturunun gecə  21-24° isti, gündüz  30-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55%  olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 25-də hava şəraitinin yağmursuz olacağı, lakin axşam və gecə əsasən bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz  23-28° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR