Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər - Açıqlama

img

23-07-2017 [11:56]


Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.
 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə  keçiriləcək imtahanın tarixi də bəllidir.
 
"Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində  baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüsütlənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.

Digər xəbərlər
SON XƏBƏRLƏR