"Baş verənləri ölkə prezidentinə çatdıracam" - Partiya sədrindən etiraz

img

21-07-2017 [18:22]


"Bu gün Azərbaycan məhkəmələri acınacaqlı durumdadır. Mən bunu sizlərə faktlarla söyləyə bilərəm. Səbail Rayon məhkəməsinin hakimi Rauf Əhmədov başdan-ayağa rüşvətin, korrupsiyanın içərisindədir. Bu adam dövlət başçısını təhqir edən adama qarşı qanuni addım atmaq əvəzinə onu himayə edir. Rauf Əhmədova şikayət edirsən ki, filankəs prezidenti təhqir edir, işi icarata götür o, bunu etmək əvəzinə göz yumur, pul istəyir. Bu cür biabırçılıq olmaz müxalifətçini tutmaqla iş bitmiş hesab olunmur.”

Bunu moderator-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, Rauf Əhmədovun katibələri telefonlara cavab vermir:

"Nəinki Rauf Əhmədov, hətta onun katibələri belə telefonllara cavab vermirlər. Naxçıvanın adından istifadə edib ölkəni çapıb-talayırlar. Mən Mehriban Əliyevaya müraciət edirəm, qoy o, yığsın bu hakimin əl-ayağını. Rauf Əhmədovun villaları, bağları var, hardan alıb o, bu mülkləri? Fikrət müəllim hara baxır, niyə bir tədbir görmür? Mən Səbail məhkəməsinə prezidentin təhqir olunması ilə bağlı iş göndərmişəm. Amma Əhmədov bunu icarata götürmür, deyir ki, prezident elə işləsin ki, təhqir olunmasın. Bu şəxsləri ancaq pul maraqlandırır. Bu məhkəmələr xalqı hökumətdən soyudur. Görün ki, Azərbaycandan bu gün nə qədər şikayət ünvanlanıb Avropa Məhkəməsinə. Mən üzümü Ali Məhkəmənin sədri Ramiz müəllimə, Ədliyyə Naziri Fikrət müəllimə tutub deyirəm ki, bu adamla bağlı tədbir görsünlər. Mən bütün vasitələrdən istifadə edib baş verənləri ölkə prezidentinə çatdıracam. Haqq-ədalət olmayan yerdə camaat arasında narazılıq artacaq. Mən prezidenti müdafiə edəndə Rauf Əhmədov deyir ki, niyə prezidenti müdafiə edirsən. O, deyir ki, mən camaatla münasibəti korlamaq istəmirəm. Mən isə prezidentimə görə hər şeyə hazıram. Onu təhqir etmiş şəxsin cəzalanmasını istəyəndə isə Əhmədov kimilər var gücünü ortaya qoyaraq buna mane olmaq istəyir. Mən xalqıma səbr, bir az də səbrsizlik diləyirəm ki, bu haqsızlığa qarşı güclü olub onları məğlub edə bilsinlər.”



Digər xəbərlər
SON XƏBƏRLƏR