Xətainin heykəlinin yeri dəyişdiriləcək

img

21-07-2017 [13:31]


Bakı şəhərinin Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdiriləcək.

Mia.az report-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, Yollarının Optimallaşdırılması Layihəsinin təsdiq edilməsi heykəlin yerinin köçürülməsini zəruri edəcək: "Müvafiq qurumların razılığı ilə heykəl məqsədəuyğun yerdə yerləşdiriləcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR