Valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri müzakirə olunub - Göyçayda + FOTO

img

20-07-2017 [19:22]


Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək” adlı layihənin icrasına başlayıb. 

Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində ilk tədbir Göyçay şəhərində baş tutub. 

Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri, QHT təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Göyçay rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Quliyev vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən bu təşəbbüsləri müsbət qiymətləndirib. E.Quliyev deyib ki, analoji layihələrin icrası cəmiyyətin bu problemə diqqətini daha da artıracaq.

Layihənin eksperti Seymur Verdizadə bildiirb ki, əsas məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş güzəştlər haqda maarifləndirmə işi aparmaq, ictmai diqqəti real vəziyyətə cəlb etmək, sözügedən təbəqəyə aid olan uşaqların öz hüquqlarından maksimum istifadəsini təmin etməkdir. 

S.Verdizadə qeyd edib ki, cəmiyyət valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, digər uşaqların da problemlərini diqqət mərkəzində saxlamalı, onların düzgün tərbiyə olunması üçün bütün imkanları səfərbər etməlidir: "Hamımız deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Amma bu şüar olaraq qalmamalı, əməli fəaliyyətdə özünü göstərməlidir”.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov azərbaycanlı uşaqların digər ölkələrdə yaşayan həmyaşıdları ilə müqayisədə daha xoşbəxt olduqlarını deyib.

 Natiq vurğulayıb ki, Azərbaycanda uşaqların hüquqlarını qoruyan mükəmməl qanunvericilik bazası var: "Dövlət uşaqlara qayğı ilə yanaşır, onların yaxşı təhsil almasının qeydinə qalır. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün də eyni şərtlər mövcuddur. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu kateqoriyaya daxil olan uşaqların problemlərini həmişə diqqət mərkəzində saxlayır, onlara xüsusi qayğı göstərirlər. Cəmiyyətin digər təbəqələrinin, xüsusilə də iş adamlarının bu prosesə qoşulması vacibdir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR