Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

20-07-2017 [16:26]


Sabah Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  45-55%  olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək. Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR